İsrail XİN-dən Bakı-İrəvan razılaşmasına: Növbəti nailiyyət...
Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı ölkələri arasında sülh müqaviləsinin paraflanması münasibətilə təbrik edirik.BUTA.TV xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin (XİN) X hesabında paylaşım edilib. “Donald Tramp və administrasiyasının fəal liderliyi və iştirakı sayəsində bu, sülhü, sabitliyi və rifahı təşviq edən növbəti mühüm nailiyyətə çevrildi”, – deyə bəyanatda qeyd olunub.