Misli Premyer Liqasında 2025/2026 mövsümünün ilk turunun oyun cədvəli müəyyənləşib.
Rekord.az Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidmətinə istinadən xəbər verir ki, 1-ci turun bütün oyunları Azərbaycan Respublikasının Dövlət Himini ilə başlanacaq.
Misli Premyer Liqası
I dövrə, I tur
15 avqust
17:00. “Karvan-Yevlax” – “Qəbələ”
Şamaxı şəhər stadionu
16 avqust
17:00. “İmişli” – “Turan Tovuz”
Şamaxı şəhər stadionu
20:00. “Neftçi” – “Şamaxı”
“Neftçi Arena”
17 avqust
18:30. “Sabah” – “Qarabağ”
“Bank Respublika Arena”
20:30. “Sumqayıt” – “Kəpəz”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
18 avqust
20:00. “Zirə” – “Araz-Naxçıvan”
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda aparılmış təftişin nəticələri zamanı üzə çıxmış çatışmazlıqları vaxtında aradan qaldırmadığı üçün "İmişli" klubu AFFA və PFL-in müdaxiləsindən sonra cari mövsümdə ilk iki ev oyununu Şamaxı şəhər stadionunda keçirəcək.