AZ

Premyer Liqa: İlk turun oyun cədvəli açıqlandı

Futbol üzrə Azərbaycan çempionatında (Premyer Liqa) 2025/2026-cı illər mövsümünün ilk turunun oyun cədvəli bəlli olub.

Arena.az bu barədə Peşəkar Futbol Liqasının (PFL) mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 1-ci turun bütün oyunları Azərbaycan Respublikasının Dövlət Himini ilə başlanacaq.

Azərbaycan, Premyer Liqa
1-ci dövrə, 1-ci tur
15 avqust

17:00. “Karvan-Yevlax” – “Qəbələ”
Şamaxı şəhər stadionu.

16 avqust

17:00. “İmişli” – “Turan Tovuz”
Şamaxı şəhər stadionu.

20:00. “Neftçi” – “Şamaxı”
Bakı. “Neftçi Arena”.

17 avqust

18:30. “Sabah” – “Qarabağ”
“Masazır Arena”.

20:30. “Sumqayıt” – “Kəpəz”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.

18 avqust

20:00. “Zirə” – “Araz-Naxçıvan”
Zirə İdman Kompleksinin stadionu.

Qeyd edək ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda aparılmış təftişin nəticələri zamanı üzə çıxmış çatışmazlıqları vaxtında aradan qaldırmadığı üçün “İmişli” klubu AFFA və PFL-in müdaxiləsindən sonra cari mövsümdə ilk iki ev oyununu Şamaxı şəhər stadionunda keçirəcək.

Seçilən
56
17
arena.az

10Mənbələr