Emmanuel Addai tezliklə “Qarabağ”dan ayrıla bilər.
Sportinfo.az Kipr mətbuatına istinadən xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi ilə yerli APOEL ciddi şəkildə maraqlanır.
Kiprlilərin Ağdam klubu ilə razılığa yaxınlaşdığı bildirilir.
Qanalı legionerin “Qarabağ”la müqaviləsinin müddəti 2025/26 mövsümünün sonuna qədərdir.
Onun transfer dəyəri 1,2 milyon avro qiymətləndirilir.