AZ

Ukrayna Rusiyanın neft zavodunu məhv etdi

Avqustun 10-na keçən gecə Ukraynanın Müdafiə Qüvvələri Rusiyanın Saratov Neft Emalı Zavoduna hücum edib.

Redaktor.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, pilotsuz təyyarənin müəssisənin ərazisinə düşməsi nəticəsində partlayışlar və yanğın qeydə alınıb. Baş Qərargah qeyd edib ki, Saratov Neft Emalı Zavodu Rusiya Federasiyasının yanacaq infrastrukturunun əsas obyektlərindən biridir.

Zavodun illik emal gücü 7 milyon tona qədər neft təşkil edir.

Seçilən
40
14
redaktor.az

10Mənbələr