Avqustun 10-na keçən gecə Ukraynanın PUA Sistemləri Qüvvələri Müdafiə Qüvvələrinin digər bölmələri ilə birlikdə Saratov neft emalı zavoduna zərbə endirib.
APA xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, PUA-nın müəssisə ərazisinə düşməsi nəticəsində partlayışlar və yanğın qeydə alınıb. Baş Qərargah qeyd edib ki, Saratov neft emalı zavodu Rusiya Federasiyasının yanacaq infrastrukturunun əsas obyektlərindən biridir. Onun illik emal gücü 7 milyon tona qədər neft təşkil edir.