“Neftçi” növbəti transferini həyata keçirib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Mali milli komandasının sağ cinah müdafiəçisi Falaye Sako artıq “Neftçi”nin üzvüdür. Futbolçu ilə 2+1 illik müqavilə bağlanıb.
Vətənindən başqa, Macarıstan, Belçika, Portuqaliya və Fransa liqalarında oynamış Sako son üç mövsümü Liqa 1-də “Monpelye”nin heyətində keçirib.
O, Mali millisinin heyətində 42 matçda meydana çıxıb, 2 qol vurub.