Yeni mövsümə hazırlaşan "Sumqayıt" heyətini gücləndirməyə davam edir.
"Kimyaçılar" daha bir əcnəbi ilə anlaşıb.
Söhbət Samba Camaradan gedir.
32 yaşlı mərkəz müdafiəçisi müqavilə bağlama üçün bu gün ölkəmizə gəlib.
Onun son klubu "Sivasspor" olub.
Son 5 mövsümü Türkiyənin klubunda keçirən arxa xətt oyunçusu daha əvvəl Fransada və ABŞ-da da çıxış edib.
Afrikalı legionerin Mali millisində 1 oyun keçirdiyini bildirək.
XANOĞLAN / SPORTİNFO.AZ