AZ

Azərbaycanın Dünya Oyunlarında üçüncü medalı

Tofiq Əliyev Çində keçirilən Dünya Oyunlarının tamblinq yarışlarında 2-ci yeri tutaraq gümüş medal qazanıb və Azərbaycanın medal sayını artırıb.

İdman.biz xəbər verir ki, təmsilçimiz finalda ABŞ-dan olan Keyden Brauna uduzub.

Bürünc medal isə britaniyalı Fred Tiqa qismət olub.

Hazırda Azərbaycan komandasının hesabında 3 gümüş medal var. Dünən karateçi İrina Zaretskaya və akrobatika üzrə duet — Daniyel Abbasov və Murad Rəfiyev də medal qazananlar sırasında olublar.

İdman.biz

Məqalədə:
Seçilən
4
17
idman.biz

10Mənbələr