Bakı. Trend:
Kanada hakimiyyəti Ukraynadakı münaqişə ilə əlaqədar Rusiyaneftinin maksimum qiymət həddini bir barel üçün 47,60 dollaraendirmək niyyətindədir.
Trend xəbər verirki, bu barədə ölkə hökumətinin saytında yerləşdirilən məlumatdabildirilib.
"Kanada Avropa İttifaqı (Aİ) və Böyük Britaniya ilə birlikdəRusiya neftinin dəniz yolu ilə daşınma həddini 60 dollardan 47,60dollara endirməyi planlaşdırır", – məlumatda qeyd olunub.
Xatırladaq ki, Aİ 18-ci sanksiyalar paketini təsdiqləyib. Bupaketin əsas elementi Rusiya neftinin qiymətinin yeni həddi olub –təxminən 47,6 dollar/barel.
Qeyd edək ki, sözügedən sanksiyalar paketi çərçivəsində Rusiyaneftindən hasil edilən neft məhsullarının Aİ ölkələrinə idxalınaqoyulan qadağa ABŞ, Kanada, Böyük Britaniya, İsveçrə və Norveçəşamil edilmir.