Kanada hakimiyyəti Ukraynadakı münaqişə ilə əlaqədar Rusiya neftinin maksimum qiymət həddini bir barel üçün 47,60 dollara endirmək niyyətindədir.
Trend xəbər verir ki, bu barədə ölkə hökumətinin saytında yerləşdirilən məlumatda bildirilib.
“Kanada Avropa İttifaqı (Aİ) və Böyük Britaniya ilə birlikdə Rusiya neftinin dəniz yolu ilə daşınma həddini 60 dollardan 47,60 dollara endirməyi planlaşdırır”, – məlumatda qeyd olunub.