AZ

Ukrayna danışıqlar masası arxasında olmalıdır Rutte

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Ukrayna Rusiya ilə münaqişəyə son qoymaq üçün mümkün razılaşma çərçivəsində öz gələcəyini müstəqil şəkildə müəyyən etmək hüququna malik olmalıdır.

Axar.az xəbər verir ki, bunu ABC News telekanalına müsahibəsində NATO-nun Baş katibi Mark Rutte deyib.

"Bizə Ukrayna danışıqlar masası arxasında lazımdır. Bu, ərazilərə aid olacaq. Həmçinin təhlükəsizlik zəmanətləri də müzakirə olunacaq", - o bildirib.

NATO baş katibinin sözlərinə görə, Ukrayna öz silahlı qüvvələrinin sayına məhdudiyyət qoymamalıdır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
121
1
axar.az

2Mənbələr