ain.az bildirir, Fanat saytına əsaslanaraq.
"Barselona" "Joan Gamper" kubokunu möhtəşəm qələbə ilə qazanıb.
Fanat.Az xəbər verir ki, Kataloniya nəhəngi "Barselona" yeni mövsüm öncəsi keçirilən ənənəvi "Joan Gamper" kubokunda İtaliyanın “Komo” klubunu darmadağın edib.
"Estadi Johan Kruyff" arenasında baş tutan qarşılaşmada Hansi Flikin komandası rəqibinə heç bir şans tanımayıb və oyunu 5:0 hesabı ilə başa vurub.
Görüşdə qolları Fermin Lopez (21,35), Rafinya (37) və Lamine Yamal (42,49) vurublar.
Qeyd edək ki, "Joan Gamper" kuboku "Barselona"nın hər mövsüm startı öncəsi azarkeşlərinə təqdim etdiyi simvolik turnirdir.
Kamil Xudiyev
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.