AZ

"Barselona" Qamper kubokunu darmadağınla qazandı

"Barselona" keçirilən Joan Qamper Kuboku matçında İtaliyanın "Komo" klubunu böyük hesabla məğlub edib.

Publika.az xəbər verir ki, Yohan Kroyf adına stadionda baş tutan görüş kataloniyalıların 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın sabiq oyunçusu Sesk Fabreqasın çalışdırdığı rəqibin qapısından Lamina Yamal və Fermin Lopes hərəyə iki dəfə top keçiriblər. Bir qol isə Rafinyanın aktivinə yazılıb.

Qeyd edək ki, Qamper Kuboku hər il "Barselona" tərəfindən keçirilir və 1997-ci ildən turnir bir matçdan ibarətdir. 2024-cü ildə kataloniyalılar “Monako”ya 0:3 hesabı ilə məğlub olmuşdu.

Heybət

Seçilən
79
9
publika.az

10Mənbələr