AZ

İlk addımlarını “Qarabağ”da atdı, səsi Norveç klubundan gəldi

Həmyerlimiz Fərid Cəbrayılzadə “Brann”a (Norveç) keçib.

Sportinfo.az sport1.az-a istinadən xəbər verir ki, komanda “Eliteserien” liqasında çıxış edir.

18 yaşlı futbolçumuz bundan öncə Azərbaycanın “Qarabağ”, “Xəzər” (Buzovna), “İnter”, “Leon” və “Sabah” kimi akademiya və gənclər komandalarında forma geyinib.

2019-cu ildə ailəsi ilə birlikdə “Green Card” lotereyası vasitəsilə ABŞ-a köçən Fərid burada da futbol karyerasını davam etdirib.

Əvvəlcə “Valeo” klubunun əsas komandasına seçilərək MLS-də çıxış edib, daha sonra pandemiyadan sonra ESNL liqasında oynayıb və finala qədər yüksəlib.

Sonrakı dönəmdə “New England” klubunda U-19 liqasına qədər yüksələrək həm öz yaş qrupunda, həm də iki yaş böyük oyunçularla mübarizə aparıb.

Seçilən
80
3
sportinfo.az

5Mənbələr