AZ

Kalaşnikov yeni avtomatlar və pulemyot təqdim edib

Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiyanın "Kalaşnikov" konserni lüləsi qısaldılmış və kiçikqabaritli "AK-15K" və "AK-15SK" avtomatlarını, həmçinin 7.62×39 mm-lik "RPL-7" yüngül pulemyotunu təqdim edib.

Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.

Konsernin baş konstruktoru Sergey Urjumtsev bildirib ki, təqdim olunan "AK-15" avtomatı "AK-12" səviyyəsinə qədər təkmilləşdirilmiş modelin müasirləşdirilmiş versiyasıdır.

Onun sözlərinə görə, "AK-15K" və "AK-15SK" 5.45 mm çaplı kompleksin analoqu əsasında yaradılıb və onun 7.62 mm üçün uyğunlaşdırılmış texniki həllərini tamamilə təkrarlayır.

Urjumtsev qeyd edib ki, bu versiyalar, o cümlədən xarici bazara çıxarılmaq üçün hazırlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
8
oxu.az

9Mənbələr