Yazını böyüt
Yazını kiçilt
Rusiyanın "Kalaşnikov" konserni lüləsi qısaldılmış və kiçikqabaritli "AK-15K" və "AK-15SK" avtomatlarını, həmçinin 7.62×39 mm-lik "RPL-7" yüngül pulemyotunu təqdim edib.
Hafta.az xəbər verir ki, Konsernin baş konstruktoru Sergey Urjumtsev bildirib ki, təqdim olunan "AK-15" avtomatı "AK-12" səviyyəsinə qədər təkmilləşdirilmiş modelin müasirləşdirilmiş versiyasıdır.
Onun sözlərinə görə, "AK-15K" və "AK-15SK" 5.45 mm çaplı kompleksin analoqu əsasında yaradılıb və onun 7.62 mm üçün uyğunlaşdırılmış texniki həllərini tamamilə təkrarlayır.
Urjumtsev qeyd edib ki, bu versiyalar, o cümlədən xarici bazara çıxarılmaq üçün hazırlanıb. /TASS/