AZ

Daha iki ölkə Fələstini tanıyacaq

Bu sözləri Avstraliyanın Baş naziri Entoni Albaniz Nazirlər Kabinetinin iclasının ardınca mətbuataaçıqlamasındadilə gətirib. O söyləyib ki, rəsmi Kanberra Fələstinin dövlət hüququnu reallaşdırmaq üçün beynəlxalq ictimaiyyətlə birgə işləyəcək.

"Bu addımımız Qəzza zolağında iki dövlətli həll yolu üzrə qlobal səylərin bir hissəsidir",– Baş nazir vurğulayıb.

Albanis həmçinin diqqətə çatdırıb ki, Fələstin dövlətindəHƏMAS terror təşkilatının iştirakı yolverilməzdir.

Eyni zamanda,Yeni Zelandiyahökuməti də oxşar addım atmaq niyyətindədir. Ölkənin xarici işlər naziri Vinston Pitersinsözlərinəəsasən, hökumət Fələstinin rəsmi tanınması ilə əlaqədar gələn ay qərar çıxarıb, BMT-nin Liderlər Həftəsində irəli sürəcək.

Xatırladaq ki, son həftələrdə bir sıra ölkə, o cümlədən Fransa, Britaniya, Finlandiya və Malta Fələstini rəsmi dövlət kimi tanıyacağını bildirib.

Firudin Həmidli
AzVision.az
Seçilən
121
50
azvision.az

10Mənbələr