"Qalatasaray" klubu "İnter"in 2 futbolçusunu birdən transfer etmək istəyir.

Offsideplus.az xəbər verir ki, "sarı-qırmızılar" həm Yan Zommeri, həm də Benjamen Pavarı heyətinə cəlb etməyi planlaşdırır.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

"Qalatasaray" Zommeri birdəfəlik, Pavarı isə icarə əsasında transfer etməyi düşünür.

İstanbul bu yay indiyə qədər iki oyunçu ilə heyətini gücləndirib: Viktor Osimhen və Leroy Sane.