AZ

“20 Yanvar”da doğulan körpənin vəziyyəti AÇIQLANDI

Avqustun 8-i metronun "20 Yanvar" stansiyasında dünyaya gələn körpənin vəziyyəti açıqlanıb.

News24.az Modern.az-a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, yenidoğulmuşun səhhətində müsbət dinamika müşahidə olunur:

"Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında dünyaya gələn və Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunan yenidoğulmuşun səhhətində müsbət dinamika müşahidə olunur.

Yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicəsi davam etdirilən körpə CPAP cihazından ayrılaraq maska oksigenlə tənəffüs dəstəyinə keçirilib.

Vəziyyətində yaxşılaşma müşahidə olunur.

Körpə ana südü ilə qidalanır, qidanı yaxşı həzm edir. Əlavə olaraq parenteral qidalanma davam etdirilir. Laborator analiz nəticəsində infeksion göstəricilərdə artım müşahidə olunduğuna görə, müvafiq intensiv müalicələr aparılır.

Ananın vəziyyəti stabil qiymətləndirilir. Zahı qadının müalicəsi Hamiləliyin patologiyası şöbəsində davam etdirilir".


Seçilən
65
32
news24.az

10Mənbələr