AZ

Metroda doğulan körpənin vəziyyəti necədir? - TƏBİB-dən AÇIQLAMA

08.08.2025-ci il tarixində Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında dünyaya gələn və Respublika Klinik Xəstəxanasına hospitalizasiya olunan yenidoğulmuşun səhhətində müsbət dinamika müşahidə olunur.

Gundem.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, yenidoğulmuşların intensiv terapiya şöbəsində müalicəsi davam etdirilən körpə CPAP cihazından ayrılaraq maska oksigenlə tənəffüs dəstəyinə keçirilib.

"Vəziyyətində yaxşılaşma müşahidə olunur.

Körpə ana südü ilə qidalanır, qidanı yaxşı həzm edir. Əlavə olaraq parenteral qidalanma davam etdirilir. Laborator analiz nəticəsində infeksion göstəricilərdə artım müşahidə olunduğuna görə, müvafiq intensiv müalicələr aparılır.

Ananın vəziyyəti stabil qiymətləndirilir. Zahı qadının müalicəsi Hamiləliyin patologiyası şöbəsində davam etdirilir",- deyə əlavə edilib.

Qeyd edək ki, yanvarın 8-i Bakı Metropoliteninin "20 Yanvar" stansiyasında bir qadın uşaq dünyaya gətirib. Hadisə zamanı stansiya əməkdaşları tərəfindən ona ilkin yardım göstərilib. Çağırılmış təcili tibbi yardım briqadası stansiyaya gələrək zəruri tibbi müdaxilə edib. Qadın sağlam şəkildə övladını dünyaya gətirib.

Seçilən
35
32
gundem.az

10Mənbələr