Bakı. Trend:
Avqustun 12-də gözlənilən hava şəraiti açıqlanıb.
Trendxəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.
Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinindəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin axşam yarımadanın bəzi yerlərində arabir yağış yağacağı,şimşək çaxacağı ehtimalı var. Şimal-şərq küləyi axşam arabirgüclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 21-24, gündüz 29-34 dərəcə isti olacaq.Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80%, gündüz 40-45 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı,şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterliintensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzidağlıq ərazilərdə arabir duman olacaq. Şərq küləyi bəzi yerlərdəarabir güclənəcək.
Havanın temperaturu gecə 21-25, gündüz 30-35, dağlarda gecə 12-17,gündüz 20-25 dərəcə isti olacaq.