Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludluolacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyigözlənilir.
Trend xəbərverir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.
Bildirilib ki, lakin 12-dən 13-nə keçən gecə və səhər bəziyerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzolunacaq.
Havanın temperaturu gecə 21-24, gündüz 29-33 dərəcə isti olacaq.Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80%, gündüz 45-55 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı,şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterliintensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzidağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabirgüclənəcək.
Havanın temperaturu gecə 20-24, gündüz 30-35, dağlarda gecə 10-15,gündüz 18-23 dərəcə isti olacaq.