AZ

Zelenski Alyaska görüşünə qatılmaq istəyir “Son qərar Trampa məxsusdur...”

Azpolitika.az saytına istinadən ain.az xəbər verir.

ABŞ-nin NATO-dakı səfiri Metyu Uitaker bazar günü CNN-ə bildirib ki, Ukrayna Prezidenti Volodimir Zelenskinin cümə günü Alyaskada keçiriləcək Donald Tramp–Vladimir Putin sammitində iştirakı mümkündür.

“Bəli, məncə bu, mümkündür. Danışıqlarda iştirak edən bütün tərəflərin razılıq verdiyi bir razılaşma olmalıdır. Məsələ aydındır – bu müharibənin başa çatdırılması yüksək prioritetdir,” – deyə o, vurğulayıb.

AFP-nin məlumatına görə, Zelenski son 3 gündə Almaniya, Böyük Britaniya və Fransa daxil olmaqla, 13 dövlət başçısı ilə telefon danışığı aparıb. Almaniya kansleri Fridrix Mers də Zelenskinin sammitdə iştirak edəcəyinə ümid etdiyini və bunun vacib olduğunu bildirib.

Uitakerin sözlərinə görə, son qərar Trampa məxsusdur: “Əgər o, Zelenskini dəvət etməyin ən yaxşı ssenari olduğunu düşünərsə, bunu edəcək. Amma hələlik bu barədə qərar qəbul edilməyib”.

Eyni zamanda, ABŞ vitse-prezidenti Cey Di Vens “Fox News”a müsahibəsində Vaşinqtonun Kiyevə maliyyə yardımını dayandırdığını açıqlayıb: “Ukrayna müharibəsinə maliyyə ayırmaq işini bitirmişik. Biz bu məsələnin sülh yolu ilə həllini istəyirik”.

Vens deyib ki, ABŞ sülh tərəfdarıdır, lakin artıq Ukraynaya yeni maliyyə vəsaiti ayırmayacaq: “Amerikalılar bu münaqişəyə pul xərcləməkdən beziblər. Əgər avropalılar istəyirlərsə, ABŞ istehsalçılarından silah almağa davam edə bilərlər, amma biz özümüz bunu maliyyələşdirməyəcəyik”.

O, həmçinin Alyaska görüşündə Putinlə atəşkəs razılaşmasının əldə olunmasını arzuladığını bildirib.

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
50
azpolitika.info

10Mənbələr