Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığı aparıb.
Yenisabah.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
Ermənistan baş naziri Rusiya prezidentini İlham Əliyev və Donald Tramplа avqustun 8-də Vaşinqtonda keçirilən görüşün nəticələri barədə məlumatlandırıb. pizza mizza
"Rusiya tərəfinin 2020-2022-ci illərdə ali səviyyədə əldə olunmuş məlum üçtərəfli razılaşmalar çərçivəsində regionda nəqliyyat kommunikasiyalarının açılması da daxil olmaqla, Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli normallaşmasına yardım etməyə hazır olduğu təsdiqlənib".
V.Putin öz növbəsində ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoffla söhbətin əsas nəticələri və Alyaskada Donald Trampla görüşə hazırlıq barədə məlumat verib. Ermənistan Baş naziri Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş addımları alqışlayıb.
Danışıq Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.
Telegram kanalımız