AZ

Qurbanov Rusiya klubunun baş məşqçisi ola bilər - Foto

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Rusiyanın "Spartak" klubunu çalışdıra bilər.

Axar.az "Mediasport"a istinadən xəbər verir ki, mütəxəssis Moskva təmsilçisin baş məşqçisi olmağa 4 əsas namizəddən biridir.

İddiaçılar sırasında Albert Riera, İvan İviç və İqor Şalimovun da adı var.

Rusiya mətbuatı Qurbanov haqda geniş paylaşım edib:

"Ən gözlənilməz, amma maraqlı variant: xarici məşqçi, lakin rusdilli və postsovet məkanında iş təcrübəsi var. 1999–2001-ci illərdə Qurbanov Rusiyada 'Baltika' və 'Fakel' klublarında çıxış edib, daha sonra isə Rusiya futbolu ilə yolları kəsişməyib. Bununla belə, "Qarabağ"da çalışarkən o, Rusiya yığmasının qapıçısı Andrey Lunyov da daxil, bir sıra rusiyalı futbolçunun məşqçisi olub və bu klubla avrokuboklarda uğurla çıxış edib".

Xatırladaq ki, Rusiya mətbuatı "Spartak"ın 2024-cü ildən baş məşqçi postunda olan serbiyalı Deyan Stankoviçi bugünlərdə istefaya göndərəcəyini yazır.

Seçilən
27
17
axar.az

10Mənbələr