AZ

İnvestorlar Tramp Putin görüşünə fokuslanıblar Neft sürətlə ucuzlaşır

Yeniavaz saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bu gün səhər saatlarında Londonun “ICE Futures” birjasında oktyabr fyuçersli Brent markalı neft 0,39 dollar (0,59%) ucuzlaşaraq bir barel üçün 66,2 dollar olub.

Yeniavaz.com xəbər verir ki, eyni saatlarda Nyu-Yorkun NYMEX əmtəə birjasında sentyabr fyuçersli WTI markalı neft 0,5 dollar (0,78%) ucuzlaşaraq bir barel üçün 63,38 dollara enib.

Qeyd edək ki, ötən həftə ərzində Brent 4,4%, WTI isə 5,1% ucuzlaşıb.

Ekspertlər bildirir ki, beynəlxalq bazarların diqqəti ABŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putinin Alyaskada keçirilməsi planlaşdırılan görüşünə yönəlib.

Bildirilir ki, bazarın ilkin reaksiyası, o cümlədən neft qiymətlərindəki eniş, investorların danışıqlardan irəliləyiş gözlədiyini göstərir. Əgər danışıqlardan müsbət nəticə əldə olunmasa, xam neftin qiymətində yenidən yüksəliş baş verə bilər.Elnur Əli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
50
yeniavaz.com

10Mənbələr