AZ

Biz Paşinyanla razılığa gəldik - Makron

Mən ABŞ-ın vasitəçiliyi sayəsində Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmanı alqışladım.

Axar.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığının təfərrüatı barədə X hesabında yazıb.

“Ümid edirəm ki, bu saziş tez bir zamanda hər iki tərəfin maraqlarına hörmət edən sülh müqaviləsinin imzalanmasına və ratifikasiyasına gətirib çıxaracaq.

Baş nazirin iyulun 14-də Parisə səfərindən sonra biz, nəhayət, bütün sahələrdə ikitərəfli əlaqələrimizi dərinləşdirməyə davam etmək barədə razılığa gəldik”, - Makron qeyd edib.

Seçilən
83
19
axar.az

10Mənbələr