AZ

Biz Paşinyanla razılığa gəldik - Makron

Mən ABŞ-ın vasitəçiliyi sayəsində Ermənistan və Azərbaycan arasında əldə olunmuş razılaşmanı alqışladım.
BUTA.TV xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron Ermənistan Baş naziri Nikol Paşinyanla telefon danışığının təfərrüatı barədə X hesabında yazıb. “Ümid edirəm ki, bu saziş tez bir zamanda hər iki tərəfin maraqlarına hörmət edən sülh müqaviləsinin imzalanmasına və ratifikasiyasına gətirib çıxaracaq.

Baş nazirin iyulun 14-də Parisə səfərindən sonra biz, nəhayət, bütün sahələrdə ikitərəfli əlaqələrimizi dərinləşdirməyə davam etmək barədə razılığa gəldik”, - Makron qeyd edib.

Seçilən
81
19
buta.tv

10Mənbələr