AZ

Ermənistan Trampa sayğıda qüsur etməməlidir - ŞƏRH

Ağ Evdə Donald Trampın şahidliyi ilə qəbul edilən Azərbaycan və Ermənistanın Birgə Bəyanatı Cənubi Qafqaz regionunun gələcəyi, sülh və sabitlik içində yaşaması baxımından son dərəcə önəmli sənəddir. Bu bəyanat Ermənistanın üzərinə ciddi öhdəliklər qoyur və sülh prosesinin sürətləndirilməsi üçün əsas çağırışları ehtiva edir.

Ermənistan Sülh Müqaviləsinin imzalanmasını tezləşdirməlidir. Artıq ədavət səhifəsi gerçəkdən qapanmalı, yeni dövr başlamalıdır. Bunun üçün əsas şərt Ermənistanın konstitusiya islahatlarına getməsidir.

Ermənistanın Konstitusiyasından Azərbaycana qarşı olan ərazi iddialarının çıxarılması münaqişənin hüquqi və ideoloji əsaslarından birinin aradan qaldırılması deməkdir. Bu addım Ermənistanın Azərbaycan torpaqlarına iddialarını rəsmən ləğv etməsi anlamına gəlir ki, bu da diplomatik və siyasi sahədə böyük irəliləyiş kimi qiymətləndirilir.

Doğrusu, biz Ermənistanın, o cümlədən Nikol Paşinyanın imzasına hörmət etməməsinin çox şahidi olmuşuq. Amma indi Ermənistan rəhbərliyi ABŞ və Donald Trampa sayğıda qüsur etməməlidir. Əgər Ermənistan "ev tapşırıqları"na əməl etməzsə, bu, ABŞ-ın bölgədə sülh missiyasına hörmətsizlik kimi qəbul olunacaq. Nəticədə Cənubi Qafqazı yenidən münaqişə ocağı kimi görmək istəyən qüvvələrin mövqeyi güclənəcək.

Bəyanatın ən kritik məsələlərindən biri Ermənistan cəmiyyətində mövcud olan qisas hissindən, revanşist ideyalardan imtina olunmasıdır. Revanşizm münaqişənin yenidən başlaması üçün ən təhlükəli ideoloji təhdidlərdən biridir və bu sənəd həmin təhdidi önləmək üçün konkret addımlar atmağı tələb edir. Bölgədə sülh və əməkdaşlığa qarşı əsas təhlükələrdən biri olan qisas və revanşizm hisslərindən Ermənistan imtina etməldir.

Seçilən
93
50
aznews.az

10Mənbələr