AZ

Azərbaycan–ABŞ münasibətlərində yeni mərhələ və Cənubi Qafqazda sülhün bərqərar olunması

Bakı. Trend:

Vaşinqtonda baş tutan yüksək səviyyəli görüşlər Azərbaycan–ABŞmünasibətlərinin yeni pilləyə yüksəldilməsində, eyni zamanda CənubiQafqazda sülhün bərqərar olunmasında tarixi dönüş nöqtəsi oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ABŞ-asəfəri çərçivəsində əldə olunan razılaşmalar, həm ikitərəflimünasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qaldırılması, həmdə Azərbaycan–Ermənistan normallaşma prosesində mühümirəliləyişlərin əldə olunması ilə yadda qaldı.

Prezident İlham Əliyev səfərin əhəmiyyətini vurğulayaraqbildirib:

“Bu iki önəmli hadisə bu gün baş verib. Ona görə də mən bu günütarixi bir gün adlandırıram. Bunun da bizim üçün çox önəmli müsbəttəsirləri olacaqdır. Təbii ki, bu gün burada Azərbaycan vəErmənistan arasında baş verən hadisələr, həmçinin bütün bölgə üçün,rifah və sülh istəyən hər kəs üçün önəmli olacaqdır”.

Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlığın başlanmasıxüsusi əhəmiyyət daşıyır. Bu format qarşılıqlı investisiya,ticarət, rabitə, süni intellekt, tranzit, müdafiə sahəsi,terrorçuluğa qarşı mübarizə və digər geniş sahələri əhatə edir.

Dövlət başçısının da qeyd etdiyi kimi, “Azərbaycan üçün bu,tarixi nailiyyətdir. Çünki bu gün strateji tərəfdaşlıq kontekstindədünyanın ən böyük ölkəsi ilə əlaqələr qurulur. Əlbəttə ki, bu, həmböyük imkan, eyni zamanda, böyük öhdəlik və məsuliyyətdir.” Butərəfdaşlıq ölkəmiz üçün yeni iqtisadi imkanlar, investisiyamühitinin genişlənməsi, iqtisadiyyatın şaxələndirilməsi, işsizliyindaha da azalması və innovativ texnologiyaların tətbiqi baxımındanmühüm perspektivlər açır.

ABŞ ilə yüksək səviyyədə qurulan əlaqələr Azərbaycanın millimaraqlarının qorunmasına, beynəlxalq nüfuzunun möhkəmlənməsinə vəregionda lider mövqeyinin daha da güclənməsinə xidmət edir. Səfərindigər mühüm nəticəsi Azərbaycan və Ermənistan arasında sülhünbərqərar olunması istiqamətində atılan qəti addımlar oldu. Sülhsazişinin paraflanması, tərəflərin siyasi iradə nümayiş etdirməsiuzun illər davam edən münaqişənin tarixə qovuşması yolunda mühümmərhələdir.

Prezident İlham Əliyev: “Bu gün tarixi gündür, sülh günüdür.Prezident Tramp Qafqaza sülh gətirir. Buna görə biz həqiqətən onaolduqca minnətdarıq. Əminəm ki, Azərbaycan və Ermənistan cəsarətləsülhə nail olacaq və bizim xalqlarımız da barışacaqdır. Biz bu cürmünaqişələrə və qan tökülməsinə son qoyacaq və uğurla irəligedəcəyik.” Sülhün bərqərar olunması təkcə Cənubi Qafqaz üçündeyil, bütün dünya üçün əhəmiyyətli hadisədir. “Tramp marşrutu”adlandırılan Zəngəzur dəhlizi layihəsi rabitə və əlaqələrbaxımından divarları aradan qaldıracaq, iqtisadi və humanitarmünasibətləri genişləndirəcək, bir sıra ölkələr üçün sərmayə,sabitlik və rifah imkanları yaradacaqdır.

Bununla yanaşı, Prezident İlham Əliyev ABŞ Prezidenti ilə şəxsimünasibətlərini yüksək qiymətləndirərək bildirib ki, bu əlaqələrnövbəti illərdə ölkələrimiz arasındakı dövlət münasibətlərinə dəmüsbət təsir göstərəcək. ABŞ tərəfindən ədalətsiz bir düzəlişinməhz Azərbaycan Prezidentinin iştirakı ilə ləğv edilməsi də səfərinrəmzi və tarixi əhəmiyyətini daha da artırdı.

Beləliklə, Azərbaycan Prezidentinin ABŞ-a səfəri çərçivəsindəəldə olunan nəticələr həm ikitərəfli əlaqələrdə yeni səhifə açdı,həm də Azərbaycan–Ermənistan münasibətlərində uzun illərdən bərigözlənilən sülhün təmin olunmasına real zəmin yaratdı. Bu, bölgədəsabitlik, rifah və qarşılıqlı etimadın möhkəmlənməsi baxımındanmühüm tarixi addımdır.

Şahin Seyidzadə,
Milli Məclisin deputatı

Seçilən
91
50
az.trend.az

10Mənbələr