AZ

12 illik təhsilə keçid Azərbaycanda təhsil sisteminin inkişafı baxımından zəruri addımlardan biridir

525.az saytına istinadən ain.az xəbər verir.

"12 illik təhsil sistemi daha yetkin yaşda məzunlar yetişdirməklə yanaşı, onların cəmiyyətə inteqrasiyasını da asanlaşdırır":

Bunu Milli Məclisin Elm və Təhsil komitəsinin üzvü Mehriban Vəliyeva 525.az-a bildirib. O qeyd edib ki, 12 illik təhsilə keçid Azərbaycanda təhsil sisteminin inkişafı baxımından zəruri addımlardan biridir. Lakin bu keçid yalnız təhsil strukturunun dəyişməsi ilə məhdudlaşmamalı, onun məzmun və metodologiya baxımından da yenilənməsi təmin edilməlidir:

"Bu istiqamətdə atılacaq addımlar dərin təhlil, sistemli araşdırmalar və mütəxəssis rəylərinə əsaslanmalıdır. Dövlət strategiyası, beynəlxalq təcrübə və cəmiyyətin ehtiyacları nəzərə alınaraq, mərhələli və davamlı şəkildə bu keçid həyata keçirilməlidir. 12 illiyə keçid etmək üçün bütün təhsil pillələri və səviyyələri nəzərə alınmalıdır. Göründüyü kimi, bu sahədə dəyişikliklərə ehtiyac olduğu açıqdır. 12 illik təhsilə keçid, icbari təhsilin 16 yaşa qədər uzadılması və bununla əlaqəli sistemli dəyişikliklər geniş müzakirə və təhlil tələb edir”.

Sevinc Qarayeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
71
44
525.az

10Mənbələr