AZ

"Gənc alman pasifistləri: "Rusiya hücum etsə, necə davranacaqlar?" - "Deutsche Welle"

"Müharibə, silahlanma və gənclərin cavabı..."

Almaniyada yenidən silahlanma və hərbi çağırışın bərpası müzakirə olunur. Ukraynada müharibə və Rusiya təhlükəsi fonunda gündəmə gələn bu mövzular xüsusən gənclər arasında böyük skepsislə qarşılanır.

Moderator.az xəbər verir ki, bu barədə "dw.com" nəşri yazıb.

Sosioloji sorğular göstərir ki, almanların yarıdan çoxu ölkəni qorumaq üçün silaha sarılmaq istəmir. Ən az döyüşmək həvəsi isə məhz gənclərdədir - onların cəmi 11 faizi "bəli" deyir.

"Belə dövlət üçün vuruşmağa dəyərmi?"

25 yaşlı bloger Simon David Dressler sosial şəbəkələrdə siyasəti sadə dillə izah edir və hərbi xidmətə qarşı çıxır. O, bildirir ki, gənclərin kirayə mənzil, təhsil, iş tapmaq kimi ciddi problemləri var və dövlət bu məsələlərdə onlara kömək etmir. Buna görə də belə bir dövlət uğrunda döyüşmək məntiqsizdir.

Dressler hesab edir ki, Rusiya hücumu ehtimalı çox aşağıdır, amma baş versə, ilk instinkti ailəsi və dostları ilə ölkəni tərk etmək olar. Lakin onun fikrincə, müharibə şəraitində dövlət Ukraynada olduğu kimi bu imkanı və seçimi vətəndaşına verməyəcək.

Dressler həmçinin vurğulayır ki, əksər ölkələr müharibə zamanı öz suverenliyini və ərazisini "vətəndaşlarının bədəni ilə" müdafiə edir. O, Qərbi də tənqid edir - iddiasına görə, bəzi siyasətçilər Ukraynanı sadəcə Rusiyanı zəiflətmək üçün "geosiyasi alət" kimi istifadə edirlər.

Sol və sağ gənclərin fərqli mövqeləri

Bloger qeyd edir ki, gənclərin hərbi xidmətə münasibəti siyasi baxışlarına görə dəyişir. Sol düşərgədə olan gənclər millətçilik və ordudan uzaq durur, sağçı, xüsusən kənd və şərqi Almaniya gəncləri isə dövlətlə özünü eyniləşdirir, vətənpərvər olduqlarını deyir və döyüşməyə hazırdır.

"Daha yaxşısı təslim olmaqdır"

27 yaşlı yazıçı Ole Nymoen bu il "Niyə heç vaxt ölkəm üçün vuruşmayacağam" adlı kitabını çıxarıb. O, açıq şəkildə deyir: "Ölməkdənsə, işğal altında yaşamaq yaxşıdır". Onun fikrincə, milli kimlik anlayışı mənasızdır və o, özünü Almaniyanın bir parçası hesab etmir. Ukraynalı olsaydı, müharibədən qaçmağa çalışacağını deyir.

"Bu, baş versə, nüvə müharibəsi olacaq"

Almaniyanın ən köklü pasifist təşkilatının rəhbərlərindən biri, 39 yaşlı Mixael Şultse fon Qlaser isə hesab edir ki, Rusiya Almaniyaya birbaşa hücum etməyəcək, çünki bu, nüvə qarşıdurmasına gətirər və nəticədə "hər şey bitər". Onun fikrincə, gənclərin orduya maraqsızlığı daha çox dövlətin onlara qarşı laqeyd münasibətindən irəli gəlir - kirayə, təhsil və sosial problemlər ön plandadır.

Sülh yolu - gənclərin dialoqu

Şultsevon Qlaser düşünür ki, Ukraynanın uzunmüddətli perspektivdə qalib gəlməsi çətindir, çünki insan resursu azdır, Rusiya isə daha çox ordu toplaya bilər. O, xoşuna gəlməsə də, müharibəni dayandırmaq üçün bəlkə də ərazi güzəştlərinin qaçılmaz ola biləcəyini deyir. Onun fikrincə, Fransa ilə Almaniya arasındakı tarixi düşmənçiliyin məktəb və tələbə mübadiləsi vasitəsilə aradan qalxması kimi, Rusiya və Ukrayna gəncləri arasında dialoq da gələcək sülhün açarı ola bilər.

Seçilən
35
50
moderator.az

10Mənbələr