AZ

“Arzum “Real”da oynamaqdır”

İtaliyalı hücumçu Mario Balotelli gələcəklə bağlı planlarını və futbol arzularını bölüşüb. 

90deqiqe.Az-ın məlumatına görə,  34 yaşlı forvard bu barədə “La Gazzetta dello Sport”a verdiyi müsahibəsində bildirib.

“Əvvəllər hər şeyi qara və ya ağ görürdüm. İndi isə boz çalarları da görməyi öyrənirəm. Bu asan deyil, amma öyrəşirəm”.

O, ən böyük arzusu barədə sualı belə cavablandırıb:

“Arzum “Real”da oynamaqdır. Mənə güvənəcək klub axtarıram. İki-üç il daha futbol oynamaq istəyirəm, sonra isə qardaşım Enokla eyni komandada çıxış edəcəyəm. Ona söz vermişəm ki, karyeramı onunla birlikdə bitirəcəyəm”.

Təcrübəli futbolçu milli komandadakı çıxışından da söz açıb:

“Karyeramda yalnız bir şeyə görə təəssüflənirəm – yığmada daha çox oynaya bilərdim. Bəzi insanlar məni orada görmək istəmirdi. Amma bu, artıq keçmişdə qaldı”.

Xatırladaq ki, Balotelli ötən ilin oktyabr ayının sonunda “Cenoa”ya azad agent kimi qoşulmuşdu. Bu müddətdə o, A Seriyasında cəmi 6 oyunda iştirak edib, 56 dəqiqə meydanda qalıb və məhsuldar hərəkətlə fərqlənməyib. İtaliya millisində 36 oyun keçirən hücumçu 14 qol vurub. “Transfermarkt” portalı onun bazar dəyərini 500 min avro olaraq qiymətləndirir.

Əlavə edək ki, 

Seçilən
123
50
90deqiqe.az

10Mənbələr