Ajans.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının Teleqram kanalında məlumat yayılıb.

Xəbərdə bildirilir: “Ukrayna ordusu Rusiya silahlı qüvvələrinin komanda məntəqələrini məhv etməkdə davam edir. Növbəti hədəf Donetsk vilayətinin müvəqqəti işğal olunmuş ərazisindəki Rusiya ordusunun 85-ci motoatıcı briqadasının komanda məntəqəsi olub. İlkin məlumatlara görə, yüksək dəqiqlikli silahlarla endirilən zərbələr nəticəsində “Dnepr” çağırış nişanlı briqada komandiri və 5 əməliyyat heyəti məhv edilib”.