Biləsuvarda ağır yol qəzası baş verib.
Metbuat.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, “Mercedes” və “VAZ 2115” markalı minik avtomobili toqquşub.
Qəza nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb. Yaralılar rayon xəstəxanasına çatdırılıb.
Hazırda ölən və yaralanan şəxslərin kimliyi dəqiqləşdirilir.
İlkin məlumata görə, ölənlər Cəbrayıl qəsəbə sakini ata və azyaşlı qızıdır.
Faktla bağlı araşdırma aparılır.
***
Biləsuvarda baş verən qəzanın bəzi təfərrüatları məlum olub.
Ağır qəzada ölən müəllim və onun övladı olub.
Belə ki, “VAZ 21015” markalı avtomobildə olan sürücü, qəzada ölən 1993-cü il təvəllüdlü Elşən Niftəliyev Saatlı rayonunun Tatar kənd orta məktəbinin informatika müəllimi olub.
Qəzada xəsarət alan həyat yoldaşı 1996-cı il təvəllüdlü Günay Niftəliyeva da müəllimdir. Onlar qəzada ölən iki aylıq körpələri - Ahunu Bakı şəhərindən müayinədən gətirirmiş.
Digər “Mercedes” markalı avtomobildə olanlar - taksi sürücüsü Cəfər Ağalı 1961-ci il təvəllüdlü Gülağa Qurbanovu və 1975-ci il təvəllüdlü Şəhla Orucovanı Bakı şəhərinə aparırmış.
Hər iki sərnişinə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında zəruri yardım göstərilib. Xəsarətləri yüngül qiymətləndirilir.