AZ

İranın Zəngəzurla bağlı cızdığı xəyali qırmızı xətt də ABŞ ın yerləşməsi Azərbaycana əks siyasətin cavabıdır

ain.az bildirir, Bizimyol portalına istinadən.

8 avqust tarixində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması və bəyannamənin imzalanmasından sonra İran Xarici İşlər Nazirliyi açıqlama yayıb. Qeyd edilir ki, İranın maraqlarına birbaşa və ya dolayı yolla təsir edə biləcək hadisələrlə bağlı bu ölkələrlə təmas davam edir. “Biz həmişə iki tərəfi sülh bağlamağa çağırmışıq. Çünki inanırıq ki, bu sülh sazişi Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasında dönüş nöqtəsi ola bilər. "Tramp yolu" ilə bağlı bu gün və sabah İran və Ermənistan rəsmiləri arasında yüksək səviyyəli məsləhətləşmələr aparılacaq ki, biz vəziyyət haqqında daha dəqiq məlumat ala bilək”.

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki,  Amerikanın prezidenti Azərbaycan prezidentini Amerikaya dəvət edir və bu prosesdə sülh razılaşmalarında Azərbaycana yönləndirilmiş 907-ci düzəlişin dayandırılması və yaxud ləğv olunması istiqamətlərində işlər gedir.

Sadiq İsabəyli

“ABŞ prezidenti deyir ki, “mən fəxr edirəm ki, Azərbaycanın İlham Əliyev kimi lideri var”. Bu, çox məna verir. “İran deyirdi ki, “Zəngəzur mənim qırmızı xəttimdir”. Bu da artıq qlobal sürəcə çevrilən bir proses olduğu üçün İranın “qırmızı cizgisi” heç bir halda önəm kəsb etmir. Biri ora Tramp yolu, biri Tramp körpüsü deyir. Bu, hansı məqsədlər üçün deyilir, maraqlı deyil. Çünki o adın əhəmiyyəti yoxdur. Donald Tramp adının o mənada əhəmiyyəti yoxdur ki, bu proses Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, Azərbaycanın öz ərazisində suverenliyinin təmin olunması, Azərbaycanın bölgəsəl və qlobal layihələrin, kommunikasiyaların və enerji layihələrinin həyata keçirilməsində bir prosesin Azərbaycanın əlində olması daha önəmlidir. Əsası budur və bu məsələdə sırf Azərbaycan var. İran düşünürdü ki, qırmızı çizgi müəyyənləşdiriləcək və bununla da Azərbaycan geri çəkiləcək. İndi özü də görür ki, bu belə olmayacaq”-deyən Sadiq İsabəyli qeyd edib ki, bu səbəbdən də müxtəlif adlar deyilə bilər, bu da onların özünün geri çəkilməsi üçün deyilən sözlər ola bilər və bunun heç bir əhəmiyyəti yoxdur.

“Əhəmiyyətli olan budur ki, bu gün Azərbaycan Zəngəzur dəhlizi üzərində artıq növbəti proseslərə hazırlaşır. Bu proseslərin mahiyyətində tarixi Azərbaycan ərazilərini milli və siyasi sərhədə dönüşdürülməsi prosesini sürətləndirir. Bu da çox prosesləri öz təsiri altına alacaq, bir çox məsələləri həll edəcək”-deyən siyasi şərhçinin fikrincə, buna qarşı Rusiyanın Azərbaycana münasibəti, İranın Azərbaycana münasibəti və təzyiq siyasətləri zaman içində olacaq, amma bunun qarşısının alınması üçün də Azərbaycan dövlətinin kifayət əlində vasitələri var.

“Hər bir mərhələdə Azərbaycanın bu vasitələrdən istifadə bacarığını ortaya qoyur. Azərbaycan prezidentinin Amerikaya səfəri başlamazdan öncə Vitkovun Putinlə görüşü baş tutdu. Bu görüşün özü bir çox məsələlərdən xəbər verir və onu göstərir ki, Azərbaycan artıq çox ciddi bir dövlətdir. Yeni reallıq birbaşa Azərbaycan dövlət maraqlarına xidmət edir. Bu prosesdə etməyə çalışan istənilən dövlət Rusiya və yaxud İran ağılları olsa, hesablaşacaq yox, olmayacaqsa, özləri böyük zərbə görəcək. Bu səbəbdən də Azərbaycan prezidentinin Amerika səfəri və bir sıra bir sıra razılaşmalarla bağlı sənədlərin imzalanması məsələsi birbaşa Azərbaycan dövlətinin uğurudur. Həqiqətən də bir tarix yazılır”-deyən Sadiq İsabəyli İranın Zəngəzurla bağlı cizdiyi qırmızı xətdə indi Amerikanın olmasını Azərbaycanıın tarixi ədalətin bərpa olunması, öz ərazi bütövlüyünün bərpa olunması hegemoniyasını öz ərazisində bərpa etmək istiqamətində apardığı bir proses kimi dəyərləndirir.

Sadiq İsabəyli hesab edir ki, burada əsas məsələ Azərbaycan dövlətinin çoxşaxəli apardığı strateji planların gerçəkləşdirilməsidir.

“Bu prosesin davamı olacaq. Bu proseslərin davamını və daha böyük uğurları yaxın aylarda, illərdə görəcəyik. O zaman İranın Azərbaycan dövləti, ümumiyyətlə Azərbaycan türklərinə qarşı apardığı düşmənçilik siyasəti onun öz başında çatlayacaq və İran bu proseslərdə gələcəkdə çox itki yaşayacaq. Zaman gələcək ki, onlar, yəni fars mərkəzli düşünənlər həm Güney, həm Quzey Azərbaycanı itirəcəklər, eyni halda Azərbaycandan asılı vəziyyətə düşəcəklər. Bu proses getməkdədir. Çox təəssüf ki, İran ideoloji rejimi olduğu üçün bunlardan nəticə çıxarmaq istəmir, öz yanlışlarından nəticə çıxarmaq istəmir. İranda bəzi qüvvələr fikirləşir ki, düşmənçilik siyasətini sona qədər davam etdirməlidir. Amma biz onların bu düşmənçiliklərinin də nəticə verməyəcəyini və nəhayətdə özlərinin məğlub olacağını da görməkdəyik”-deyə Sadiq İsabəyli bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
70
50
icma.az

10Mənbələr