“Mançester Siti” və “Milan”dakı çıxışı ilə tanınan italiyalı hücumçu Mario Balotelli karyerasını “Real”da davam etdirmək istədiyini bildirib.
Sportinfo.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, 34 yaşlı futbolçu arzusunun “Real”da oynamaq olduğunu deyib:
“Arzum “Real”da oynamaqdır. Hazırda mənə güvənəcək bir komanda axtarıram. Karyeramı daha 2-3 il davam etdirməyi planlaşdırıram”.
Hazırda azad agent statusunda olan Balotellinin son klubu “Cenoa” olub. İtaliya millisinin heyətində 36 oyun keçirən forvard 14 qol vurub.