AZ

Ceyhun Bayramov və Kaya Kallas arasında telefon danışığı olub


Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas arasında telefon danışığı aparılıb.

Bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Azərbaycan-Ermənistan liderlərinin Vaşinqton görüşü zamanı Azərbaycan, Amerika Birləşmiş Ştatları və Ermənistan liderlərinin Sammitinin nəticəsində liderlər tərəfindən imzalanmış Birgə Bəyanamə, sülh sazişinin paraflanması, ATƏT-in Minsk Prosesi və aidiyyəti strukturların ləğvinə birgə çağırış, habelə əldə edilmiş digər razılıqlar münasibətilə təbriklərini çatdırıb.

Bu razılaşmaların bölgədə sülh və sabitliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb. Kaya Kallas Aİ-nin sülh prosesinin irəlilədilməsinə daim dəstək verməyə hazır olduğunu bildirib.

Telefon danışığı zamanı, həmçinin, Azərbaycan-Aİ münasibətlərindən irəli gələn məsələlər və perspektivlər, regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

ZÜMRÜD

Seçilən
75
50
baki-xeber.com

10Mənbələr