AZ

"Şkendiya" azarkeşləri üçün ayrılmış biletlər də satışa çıxarılır

style='margin-bottom:10px;'>

“Qarabağ” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsiniin cavab matçında qarşılaşacağı  Şimali Makedoniyanın “Şkendiya” klubunun azarkeşlərinə ayırdığı biletləri satışa çıxaracaq.

QOL.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Rəqib azarkeşlərin Bakıya gəlmədiyi bu addım atılıb. "Şkendiya" fanatları üçün nəzərdə tutulan 27 və 28-ci sektorların biletləri yerli azarkeşlər üçün avqustun 12-də saat 12:00-dan etibarən satışa çıxarılacaq.

Biletləri iTicket.az onlayn satış məntəqələrindən, Park Bulvardakı “Qarabağ”ın Fan-Şopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq mümkündür.

Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" görüşü avqustun 12-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. "Qarabağ" ilk oyunda səfərdə 1:0 hesabı ilə qələbə qazanıb.

Seçilən
9
1
teleqraf.com

4Mənbələr