AZ

"Qarabağ" "Şkendiya" ilə oyuna əlavə biletlər satışa çıxarır

“Qarabağ” UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında qarşılaşacağı Şimali Makedoniyanın “Şkendiya” klubunun azarkeşlərinə ayırdığı biletləri satışa çıxaracaq.

Publika.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.

Rəqib azarkeşlər Bakıya gəlmədiyi üçün bu addım atılıb. "Şkendiya" fanatları üçün nəzərdə tutulan 27 və 28-ci sektorların biletləri yerli azarkeşlər üçün avqustun 12-də saat 12:00-dan etibarən satışa çıxarılacaq.

Biletləri iTicket.az onlayn satış məntəqələrindən, Park Bulvardakı “Qarabağ”ın Fan-Şopundan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından almaq mümkündür.

Seçilən
3
1
publika.az

4Mənbələr