AZ

907-ci düzəlişin ləğvi Azərbaycana nə vəd edir?

Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vaşinqtona tarixi səfəri zamanı qəbul edilən strateji qərarlardan biri də 907-ci düzəlişin ləğvi oldu. Bu düzəliş 1992-ci ildə ABŞ Konqresi tərəfindən"Azadlığı müdafiə aktı"na əlavə edilən Birləşmiş Ştatların birbaşa dövlət yardımını qadağan edən qanunvericilik aktı idi. Beləliklə, 33 il sonra, Azərbaycan Prezidentinin qətiyyətli xarici siyasəti nəticəsində sözügüdən düzəliş artıq qüvvədə deyil.

Publika.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov bildirib.

Onun sözlərinə görə, bu düzəlişin ləğvi Azərbaycan üçün yalnız strateji və siyasi əhəmiyyət daşımır, eyni zamanda iqtisadi aspektdən də vacib hesab olunur:

"Bu addım ABŞ-ın Azərbaycana birbaşa dövlət yardımlarının həcmini artıracaq. 2024-cü ildə Azərbaycan ABŞ-dan cəmi 20 milyon dollar yardım alıb. Həmin il Ermənistan 92 milyon dollar, Gürcüstan isə 180 milyon dollarlıq Vaşinqton yardımdan faydalana bilib. Göründüyü kimi, ötən il Azərbaycan ilə müqayisədə Ermənistana 4.6 dəfə, Gürcüstana isə 9 dəfə çox ABŞ yardımı ayrılıb. 2024-cü ildə Ukrayna ABŞ-dan ən çox yardım alan dövlət olub. Rusiya ilə müharibə aparan ölkəyə il ərzində 16.4 milyard dollar ayrılıb. Efopiya, İordaniya, Somali və Konqo daha çox yardım alan ilk beşliyi tamamlayıblar. Azərbaycanın da artıq ABŞ yardımlarından daha böyük həcmdə faydalanacağı gözlənilir. Bu fərqli sektorlarda Vaşinqton yarımdan istifadə imkanları deməkdir".

V.Bayramov əlavə edib ki, bütün bunlar ilə yanaşı, bu düzəlişin ləğvinin Azərbaycan və ABŞ strateji tərəfdaşlığının güclənməsinə xüsusi təsirləri var. Aydındır ki, bu artıq iki ölkə arasında münasibətlərin strateji xətt üzrə inkişaf etdiyindən xəbər verir.

Seçilən
55
19
publika.az

10Mənbələr