AZ

Bir ayda iki dəfə cekpot qazandı

Şimali Karolina (ABŞ) sakini bir ay ərzində iki dəfə cekpot qazanaraq, ümumilikdə 2,25 milyon dollar əldə edib.

Bizim.Media xarici mətbuata istinadla xəbər verir ki, Uillou-Spring şəhərindən olan Cennifer Klyaynendorst iyun ayında ani lotereyasında 250 min dollar udub.

Bir ay sonra onun şansı yenidən gətirib. İki milyon dollar məbləğində mükafat qazanıb.

Bu pul ona 20 il ərzində ayda 100 min dollar veriləcəkmiş.

Ancaq Cennifer birdəfəlik ödəniş seçib və 1,2 milyon dollar götürüb.

Bizim.Media

Seçilən
21
4
bizim.media

6Mənbələr