ABŞ-ın Şimali Karolina sakini bir ayda iki dəfə cekpot qazanaraq, ümumilikdə 2,25 milyon dollar əldə edib. Uillou-Spring şəhərindən olan Cennifer Klyaynendorst iyun ayında ani lotereyasında 250 min dollar udubmuş. Bir ay sonra onun şansı yenidən gətirdi - iki milyon dollar məbləğində mükafat qazandı. Cennifer 20 il ərzində aylıq 100 min dollar hissə-hissə ödəniş ala bilsə də, birdəfəlik ödəniş seçdi və bir anda 1,2 milyon dollar götürdü.
Mətləb