AZ

2025-2026-ci tədris ili üzrə 60 min nəfərə yaxın uşaq məktəbəhazırlıq qruplarına qəbul edilib

Bakı, 12 avqust, AZƏRTAC

2025-2026-ci tədris ili üzrə məktəbəhazırlıq qruplarına 60 min uşaq qeydiyyatdan keçib.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, valideynlər “məktəbəqəbul.edu.az” platformasına daxil olaraq sorğularını yerləşdirə bilirlər. Hazırda həm Azərbaycan, həm də rus bölməsi üzrə qəbul sərbəst qaydada həyata keçirilir.

Xatırladırıq ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan, yəni 2020-ci il təvəllüdlü uşaqlar üçün sorğu yerləşdirilə bilər. Proses sentyabrın 30-dək davam edəcək.

Seçilən
35
15
azertag.az

10Mənbələr