
"İndiyədək 60 min uşaq məktəbəhazırlıq qruplarına yazılıb. Xatırladırıq ki, məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan, yəni 2020-ci il təvəllüdlü uşaqlar üçün sorğu yerləşdirilə bilər. Prosesə iyulun 8-də start verilib, sentyabrın 30-na qədər davam edəcək", - məlumatda qeyd olunub.