AZ

“Mənim Təhlükəsiz Virtual Məkanım” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirildi - FOTOLAR

Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyi “Mənim təhlükəsiz virtual məkanım” layihəsi çərçivəsində regionda maarifləndirmə tədbirlərini davam etdirir.

QHT.az xəbər verir ki, Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı  ilə 2025-ci il avqustun 12-də Qusar rayonunda “Mənim təhlükəsiz virtual məkanım” layihəsi çərçivəsində maarifləndirmə tədbirin həyata keçirdi. Tədbirdə rayonun ictimai aktiv şəxsləri, təhsil, sahiyyə, sosial, mədəniyyət və  ictimaiyyətin digər  nümayəndləri iştirak etmişdir. Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyinin sədri  məlumat verərək bildirmişdir ki, layihədə son vaxtlar sosial şəbəkələr üzərindən Azərbaycanın milli-mənəvi dəyərlərinə yönələn təhdidlər, insan alveri ciayəti, uşaq əməyinin istismarı, narkotiklərin qanunsuz dövriyyəsi və digər qaldırılan problemlər ümumilikdə bütün cəmiyyəti narahat edən və getdikcə nəzarətdən çıxan bir sıra münasibətləri əhatə edir. Əsasən insan alveri cinayəti, uşaq əməyinin istismarı, erkən nigahlar və qeyri ənənvi cinsi münasibətlərin sosial şəbəklərədə təşviqi ciddi narahatçılığa səbəb olduğu xüsusi vurğulanmışdır.  Mövzu ətrafında müzakirələr aparılmış, tövsiyə və təkliflər irəli sürülmüşdür. Tədbir iştirakçıların interaktiv fəallığı ilə baş tutumuşdur. Tədbirdə 30 nəfər iştirak etmişdir. Çıxışlarda qaldırılan problemə münasibət bildirlmiş, onların həlli istiqamətində bir sıra təkliflər irəli sürülmüşdür.

Təkliflər

Sosial şəbəkələrə xüsusi filterlərin tətbiqi, Sosial cəhətdən zəif olan ailə və fərdlərin daha çevik olaraq xidmətə cəlb edilməsi, təhsil ocaqlarında bu mövzuda maarifləndirmə tədbirlərinin çoxaldılması kimi təkliflər irəli sürüldü.

Seçilən
4
23
qht.az

10Mənbələr