AZ

Lənkəranda 2 nömrəli məktəb qəzalı tədris müəssisəsinə köçürülür?

Lənkəran şəhəri T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin şagirdlərinin məcburi olaraq digər təhsil müəssisəsinə köçürülməsi, pedaqoji heyətin ixtisar edilməsi və yayılmış buna bənzər neqativ xəbərlər əsassızdır və həqiqəti əks etdirmir.

Heftelik.az-ın xəbərinə görə, bu barədəAPA-ya Lənkəran-Astara Təhsil İdarəsindən məlumat verilib.

Təhsil alan şagirdlər üçün uyğun təhsil infrastrukturu və öyrənmə mühitinin qurulması məqsədilə Lənkəran şəhərində yalnız ibtidai təhsil səviyyəsi üzrə fəaliyyət göstərən təhsil müəssisəsinin yaradılması planlaşdırılır. Bu məqsədlə Lənkəran şəhərində yerləşən T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin layihəyə uyğunluğu barədə təhlillər aparılmış, pedaqoji heyəti və valideyn icması ilə görüşlər keçirilmiş, onları narahat edən suallara aydınlıq gətirilib.

Bildirilib ki, bu istiqamətdə qərarlar verilərkən təhsilalanların hüquq və mənafeləri, eyni zamanda qanunvericiliyin tələbləri əsas götürüləcək.

Qeyd edək ki, valideynlər öz etirazlarını bildirmək üçün Lənkəran-Astara Regional Təhsil idarəsinin qarşısına toplaşıblar. İddialara görə, hazırda 10 nömrəli tam orta məktəb özü qəzalı vəziyyətdədir və həm də məsafəcə uzaq olduğundan övladlarını o məktəbə qoymaqdan imtina edirlər.

Seçilən
9
8
heftelik.az

10Mənbələr