Oxu.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Lənkəran T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin ibtidai məktəbə çevriləcəyi söylənir.
Oxu.Az xəbər verir ki, paylaşılan məlumatlarda yüzlərlə şagirdin digər məktəbə köçürülməsi haqqında məlumatlar yer alıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Lənkəran-Astara Regional Təhsil İdarəsindən bildirilib ki, sözügedən məktəbin şagirdlərinin məcburi olaraq digər təhsil müəssisəsinə köçürülməsi, pedaqoji heyətin ixtisar edilməsi və buna bənzər yayılmış neqativ xəbərlər əsassızdır və həqiqəti əks etdirmir.
Qeyd olunub ki, təhsil müəssisələrində şagirdlərin təhlükəsizliyi, təhsilalanların hərtərəfli inkişafı, keyfiyyətli tədrisin təmin edilməsi istiqamətində mütəmadi tədbirlər həyata keçirilir:
"Bu istiqamətdə təhsil alan şagirdlər üçün uyğun təhsil infrastrukturu və öyrənmə mühitinin qurulması məqsədilə Lənkəran şəhərində yalnız ibtidai təhsil səviyyəsi üzrə fəaliyyət göstərən təhsil müəssisəsinin yaradılması planlaşdırılır. Bu məqsədlə Lənkəran şəhərində yerləşən T.Bayraməlibəyov adına 2 nömrəli tam orta məktəbin layihəyə uyğunluğu barədə təhlillər aparılıb, pedaqoji heyəti və valideyn icması ilə görüşlər keçirilib, onları narahat edən suallara aydınlıq gətirilib. Sözügedən istiqamətdə qərarlar verilərkən təhsilalanların hüquq və mənafeləri, eyni zamanda qanunvericiliyin tələbləri əsas götürüləcək".
Aygün Mirakif
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.