AZ

Hava limanında iki təyyarə toqquşdu: Ölənlər var

ABŞ-ın Montana ştatındakı hava limanında iki təyyarənin toqquşması nəticəsində 4 nəfər ölüb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Federal Aviasiya Administrasiyası (FAA) açıqlama yayıb.

Məlumata görə, dörd nəfəri daşıyan yüngül mühərrikli “Socata TBM 700” təyyarəsi hava limanına endikdən sonra başqa bir təyyarə ilə toqquşub.

"Avqustun 11-i Montana ştatının “Kalispell City” hava limanına enən “Socata TBM 700”təyyarəsi boş “Swearingen SX-300”təyyarəsi ilə toqquşub. Nəticədə 4 nəfər olub. Federal Aviasiya Administrasiyası hadisəni araşdıracaq”, - açıqlamada qeyd olunub.

Seçilən
64
3
publika.az

5Mənbələr